“Ana ölümləri səhiyyənin göstəricisi kimi qəbul olunur“

saytların hazırlanması

Evə çatdırılma

“Ana ölümləri səhiyyənin göstəricisi kimi qəbul olunur“

Sağlamlıq

26 Fevral 2019 18:23 1866


“Ana və uşaq ölümlərinin sayı deyil, mediada işıqlandırılması artıb. Keçən əsrlə müqayisə etsək say azalıb. Sadəcə indi hər bir situasiya ən azından sosial mediyada dərhal işıqlandırılır. Ona görə, insanlara elə gəlir ki, ölüm sayları artıb”.

Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı uzman ginekoloq Rəşad Sultan deyib. Onun sözlərinə görə, ana və uşaq ölümünü  ayrılıqda təhlil etmək daha doğrudur:

“Tam əlaqəsiz olduğunu demirəm. Amma uşaq ölümü daha çox rast gəlinən haldır. Uşaq ölümlərinin əsas səbəbi anadangəlmə qüsurlardır. Dünyanın hər yerində bir nömrəli səbəb budur. Burada tibb elminin çatışmazlığından danışmaq çox da mümkün deyil.  Amma ana ölümləri isə səhiyyə sisteminin göstəricisi kimi qəbul olunur. Ona görə də bütün ölkələrdə buna diqqət yetirilir. Çünki hamiləlik fizioloji hal kimi insanın çoxalması prosesi kimi qəbul olunur və insan ölməməlidir, yəni baxış belədir. Ana ölümlərinin ilk səbəbi infeksiya, qanın damarları tutması və bir nömrəli səbəb qanaxmadır. İnkişaf etmiş ölkələrdə qanaxma və infeksiya geri plana düşüb, çünki bunun qarşısını alırlar. Bizim kimi inkişaf etməkdə olan ölkələrdə isə əsas səbəb qanaxmadır. Niyə çoxdur  və istədiyimiz rəqəmlərə endirə bilməmişik?” pizza sifarişi

R.Sultanı sözlərinə görə, bu, sistemli bir problemdir:

“Bizdə ana ölümü baş verəndə dərhal həmin ananın müalicə, əməliyyat həkiminə fokuslanırıq. Amma bir nəfəri günahlandırmaq ictimai  qınağın məqsədi deyil. İctimai qınağın məqsədi o şəraitə gətirib çıxaran məsələlər nədirsə onların araşdırılmasıdır. Tutaq ki, ginekoloq savadsızdır, qabiliyyətsizdir, demək ki, bizim tibb təhsilimizin həm nəzəri, həm də praktik hissəsində problem var. İkincisi, burada problem əməliyyat və ya doğuşun yanlış aparılmasında deyil. Məsələn, əməliyyatdan sonra qan köçürülməlidir, qan və qanəvəzedicilərin təminatı məsələsi var. Xəstə vəziyyətdən çıxarılır, qanaxma dayandırılır,  sonrası ilə reanimatoloq məşğul olur, deməli reanimasiya işinin təşkili məsələsi var”. 

Ginekoloq bildirib ki, regionlarda bu halların çox olması  təchizatla bağlıdır:

“Regionlarda bu problemin çox olması orada həkimlər savadsızdır demək deyil. Hamımız  eyni sistemdə təhsil alırıq. Bayaq qeyd etdiyim yardımçı məsələlərdə problem var. Mən rayonda ezamiyyətdə olmuşam. O şəraitdə  həkimlər necə işləyir? Onları alqışlayıram. Dörd divar tikməklə  deyil, xəstəxamalarda cari təchizat olmalıdır”. 

Həkim məsələnin həlli yollarından da söz açıb:

“Birinci, tibb təhsilimizdən başlamaq lazımdır. Bizdə ixtisas təhsili axsayır. Nəzəri təhsil asandır.  Rezidentura  sisteminin Azərbaycanda tətbiqi böyük bir inqilabdır. Amma rezidentura təhsilini forma olaraq düzəltmişik, məzmun olaraq bir şeyi dəyişə bilməmişik. Rezidenturaya daxil olanlar ixtisası tam öyrənə bilmirlər. Birinci diqqət edəcəyimiz budur.

İkincisi, qan təminatı üçün qan mərkəzlərinin sayını artırmaq lazımdır. Fikir versək xəstələrimizin çoxunu qanın vaxtında çatdırılmamasına görə itiririk.

Üçüncüsü, həm reanimasiya işinin, həm də reanimatoloqların səviyyəsini  o istiqamətdə inkişaf etdirmək lazımdır. Türkiyədə xüsusi çevik birqadalar var. Hardasa ağır xəstə varsa, həmin briqadalar hazır vəziyyətdə olur. Daha təcrübəli həkimlərdən təşkil olunan bu briqadalar doğuş, keysəriyyə əməliyyatı zamanı  daxil olub xəstəni vəziyyətdən çıxara bilirlər”. 

R.Sultan deyib ki, ixtisas təhsilini xaricdə almaq ideal variantdır:

“İxtisas təhsilini artırmağın birinci yolu icbari tibbi sığortanın tətbiqidir. Buna da Azərbaycanda yavaş- yavaş  başlanılıb. Çünki sığorta olmasa, xəstələr xəstəxanaya gələ bilmir, buna da səbəb maddi imkandır.  Xəstələrin axını xəstəxanalara geniş imkanlar  yaradacaq və yeni həkimlər ixtisasını artıra biləcəklər”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!