Adanada maraqlı hadisə yaşanıb. Belə ki, Gizem A. adlı qadın həyat yoldaşını onun Analar gününü təbrik etmədiyinə görə silahla vurub.
Yenisabah.az xəbər verir ki, hadisə Yeşiloba məhəlləsində baş verib. İlk əvvəl evdə sözügedən məsələ ilə bağlı mübahisə olub, daha sonra əsəblərini cilovlaya bilməyən cütlük arasında şiddətli dava olub. Nəticədə isə qadın həyat yoldaşını güllələyib. Hadisədən dərhal sonra təcili yardım gələrək Çingiz adlı şəxsi Seyhan Dövlət Xəstəxanasına aparıb. Qadın isə polis bölməsində sorğuya tutulub.
Qadın bildirib ki, ilk əvvəl həyat yoldaşı onu silahla təhdid edib: "Mübahisə zamanı silahı alnıma doğrultdu və məni ölümlə təhdid elədi, lakin atəş açmadı. Mən isə qorxudan gözlərimi yumdum. Bir müddət sonra yoldaşım silahı çarpayının üzərinə atdı. Mən də əsəbləşib silahı götürdüm. O, silahı əlimdən almağa çalışanda atəş açıldı və yoldaşım yaralandı". pizza hut
Qeyd edək ki, Gizem A. sorğudan sonra ədliyyəyə aparılıb. Yaralı həyat yoldaşı isə hazırda xəstəxanada müalicə alır.
Telegram kanalımız