“Anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım...“   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım...“ - Əməkdar artist

Mədəniyyət

04 Noyabr 2020 16:30 1336


“Sonuncu dəfə 1989-cu ildə anamı Şuşaya istirahətə aparmışdım. Birdən o, Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi. Lakin mən qoymadım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva efirlərin birində qonaq olarkən deyib.

Sənətçi doğulduğu Şuşa şəhəri barədə xatirələrini bölüşüb: Sezar pizza

“İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Mən Şuşada doğulmuşam. Şuşa mənim qəlbim və nəfəsimdir. O vaxt anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım "Səni gələn il də bura gətirəcəyəm". "Torpağı niyə götürürsən?" sualını verəndə isə, o mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi. Şuşa mənim hər şeyimdir. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah, mənə o torpağı bir də görmək nəsib olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!