“Mən ora anamla getmək istəyirəm, anama zəng edib dedim ki, “şuşalı qızı, təbrik edirəm səni”. Ağladı”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev MTV telekanalında qonaq olarkən deyib.
Sənətçi tezliklə Şuşaya yollanıb konsert verməyi arzuladığını bildirib: Dominos pizza
“Şuşaya anamla və komandamla yollanacağam. Mənim köməkçim də birinci Qarabağ müharibəsində şücaətlə döyüşüb. Ən birinci xəbərləri çalışır ki, özü çatdırsın. Çox sevincəkdir. Mən ora anamla getmək istəyirəm. Anam Hacıxanımdır və onların cəmiyyətləri var. Orada durmadan dualar oxuyurlar. Hərbçilərimizi qoruyan bizim analarımızın dualarıdır. Arzu edirəm ki, şuşalı nəvəsi kimi, anamla Şuşaya gedim, orada konsert verim. Allah bu fəxarəti də mənim qismətimə yazsın”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız