ANAMA mina təmizləməyə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

ANAMA mina təmizləməyə dair məlumat yaydı

Sosial

30 Sentyabr 2024 16:51 197


Azad olunan ərazilərdə sentyabrın 23-29-da 217 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 450 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

1128.1 hektar ərazi minalardan təmizlənib. Dördpendirli pizza

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!