Anar Bağırov məhkumun anasını qəbul etmədi - Video

Anar Bağırov məhkumun anasını qəbul etmədi - Video

Xalqın səsi

08 İyun 2022 13:37 14217


Vətəndaş Kəmalə Qasımova oğlu Fərid Qasımovun şərlənərək həbs edildiyi iddiası ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşmək istəsə də, buna nail ola bilməyib.

“Yeni Sabah” Kanal 13-ə istinadən xəbər verir ki, o Kollegiyanın binası qarşısında saatlarla gözləyib: “Onun köməkçisi birmənalı dedi ki, Anar Bağırov məni qəbul etməyəcək”. 

K. Qasımova deyir ki, onun oğlu Səbail rayon Polis idarəsində fiziki zorakılığa məruz qaldığı üçün, 58 min manat pul tələb etmə ilə bağlı sənədə imza çəkib. 

O bildirib ki, oğlunun səhhətində problem olması və ilk məhbusluğu olmasına, ailənin evi sataraq sözügedən məbləği ödəməsinə baxmayaraq, oğluna 12 il həbs cəzası verilib. Bununla bağlı aidiyyatı qurumlara müraciəti isə nəticəsiz qalıb.

“Bütün dövlət qurumlarına müraciət etmişəm. Şəxsən Vilayət Eyvazovun, Fuad Ələsgərovun qəbulunda olmuşam. Mən hakimlər Mahmud Ağalarov və Faiq Qasımovdan qeyri-obyektiv qərar qəbul etdikləri ilə bağlı şikayət etsəm də, mənə bildirildi ki, hakimlərin çıxardığı qərara müdaxilə edilə bilməz”.

Kəmalə Qasımova bildirib ki, barışıq əldə olunub və dəymiş ziyan ödənilib. İlk məhkumluğu olduğu üçün məhkəmə hakimi Anar Tanrıyerdiyev onu ev dustaqlığla buraxdı. Lakin 3 gündən sonra apelyasiya məhkəməsi qərarı ləğv etdi. O qeyd edib ki, hakimlər Mahmud Ağalarov və Faiq Qasımov yüngülləşdirici halları sadəcə görmək istəmirlər.

“Anar Bağırov Məhkəmə Hüquq Şurasının üzvüdür və o Fəridin məsələsini Şurada qaldıra bilər. Lakin mən onunla görüşüb problemi ona çatdıra bilmirəm

“Oğlumu və əlavə 4 nəfəri Rafiq Bədəlov adlı şəxs həs elətdirib. O, bildirmişdi ki, mənim yuxarılarda adamım var”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!