Anar Mədətovun yenidən ailə quracağı xanım kimdir? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Anar Mədətovun yenidən ailə quracağı xanım kimdir? - Fotolar

Şou

01 May 2019 07:40 3229


Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və yenidən ailə qurmağa hazırlaşması xəbəri gündəmdən düşmür. 

"Yeni Sabah"ın məlumatına görə, Anar vizajist kimi fəaliyyət göstərən Samirə adlı xanımla ikinci dəfə evlənir. Samirə xına mərasimindən yeni fotolar yayımlayıb. 

Vizajist xanım paylaşdığı şəkillərə "Həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlar. Həyat ömürboyu "həyatım" deyə biləcəyin insanı tapdıqda başlayır. A və S (Anar və Samirə - red.)" sözlərini yazıb.  Dominos pizza

Qeyd edək ki, Anar və Elnurə boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma rəsmiləşməmiş Mədətov toy hazırlıqlarına başlayıb. 

Cütlüyün iki övladı var. Onların oğlu, "Qarabağ" futbol klubunun oyunçusu Mahir Mədətov atasının bu addımını qəbul etməyib və onun soyadından imtina edib. Mahir hətta İnstaqramda soyadını dəyişərək "Əmrəli" yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!