Anar Nağılbazın məzarını su basıb

saytların hazırlanması

Evə çatdırılma

Anar Nağılbazın məzarını su basıb

Şou

28 Mart 2019 16:13 1105


Bu gün Azərbaycan repinin atası sayılan Anar Nağılbazın doğum günüdür.

Bununla bağlı  mərhum reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva bildirib ki, son günlər həyat yoldaşının məzarını ziyarət edə bilməyib: “Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan onra uşaqlarla birgə məzarını ziyarət edəcəyik”.

Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb: “Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram”. Sezar pizza

Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib.

News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!