Anar Prezidentə məktub yazdı: “Sağ olun, var olun!“

Anar Prezidentə məktub yazdı: “Sağ olun, var olun!“

Yazar Saytların hazırlanması

24 İyun 2022 15:30 5809


Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb.

Yenisabah.az-ın məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.

Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!