Anar Qasımov vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Anar Qasımov vəzifəsindən azad edildi

İqtisadiyyat

04 Mart 2026 17:20 2357


Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad olunub.

"Yeni Sabah" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Belə ki, o, yeni karyera mərhələsinə başlamaq üçün öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə isə hələlik təyinat olmayıb. Dördpendirli pizza

Məlumata görə, ADY-dən ayrılan A.Qasımov mobil operatorların birində öz ixtisasına uyğun vəzifə üzrə yeni işə başlayıb.

Qeyd edək ki, Anar Aslan oğlu Qasımov 1985-ci ildə anadan olub. O, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir. A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!