Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Yenisabah.az xəbər verir ki, bu vəzifəyə Anar Rzayev gətirilib.
O, indiyə qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib. Sezar pizza
Qeyd edək ki, A.Rzayev 1973-cü ildə Bakıda anadan olub, Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.
1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb. O, ötən il ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Telegram kanalımız