Şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.
Xalq yazıçısı qeyd edib: "Mən vaxtı ilə Milli Məclisin deputatı olanda Mədəniyyət komissiyasının sədri idim və onda biz “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun qəbul etdik. Həmin qanunda ölkədəki bütün idarə, müəssisə, təşkilat, market və digər obyektlərin adlarının, ilk növbədə, Azərbaycan dilində yazılması, əgər lazım gələrsə, ingilis, rus, ərəb və ya digər dillərdə olması barədə müddəa var idi. İndi həmin qanunda yazılanların kağız üzərində qaldığını görmək üçün küçəyə çıxıb ətrafa ötəri göz gəzdirmək kifayətdir. Hətta şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur. Ona görə də bizim hamımızın vəzifəsi həmin yığıncaqda qoyulan məsələlərin həllinə, onların həyata keçirilməsinə nail olmaqdır". Toyuqlu pizza
Telegram kanalımız