Anar təsdiqlədi: “Bəli, kredit götürmüşük...”

saytların hazırlanması

Evə çatdırılma

Anar təsdiqlədi: “Bəli, kredit götürmüşük...”

Yazar

11 Oktyabr 2022 10:49 2404


"Düzdür, kredit götürmüşük”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Anar Rzayev qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib: Toyuqlu pizza

"Bəli, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacayıq”.

Anar Rzayev hazırda Bakıda olmadığını vurğulayıb.

Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyini bildirlib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!