YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Anar: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”

Anar: “Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək”

Yazar

23 İyun 2022 17:00 5047


“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçirilməyəcək”. 

Bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib.

Onun sözlərinə görə, buna səbəb Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasıdır: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”.

AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində A.Rzayev AYB-nin XIII qurultayının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təklifi ilə çıxış etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!