Anar Zahid Sarıtorpağın istefasına münasibət bildirdi:   “Yəqin borcu olub”

saytların hazırlanması

Evə çatdırılma

Anar Zahid Sarıtorpağın istefasına münasibət bildirdi: “Yəqin borcu olub”

Mədəniyyət

22 Yanvar 2026 11:16 1761


“Zahid Sarıtorpağın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxması haqqında heç bir məlumatım yoxdur”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, AYB könüllü təşkilatdır: pizza mizza

“Buraya kim üzv olmaq istəyirsə ərizə verir. Biz də müraciətə baxıb, araşdırıb ona uyğun qərar qəbul edirik. Çıxmaq istəyən də eyni qaydada fikrini bildirir və ayrılır”.

Zahid Sarıtorpağın AYB-yə üzvlük borcu olan şəxslərin siyahısında olub-olmamasına gəlincə, A.Rzayev söyləyib ki, bu barədə məlumatı yoxdur:

“Ödənişi edib-etməməsi haqqında da heç bir məlumatım yoxdur. Burada 2 mindən çox adam var. Yoxlanış aparılır. Bəlkə də ödənişi etməyib, ona görə çıxardıblar”.

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq AYB-dən istefa verib.

“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram... Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”, - o bildirib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!