Anasını döyüb öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Anasını döyüb öldürdü

Kriminal

15 Fevral 2019 20:57 999


Anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən C. İslamov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb. C.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib. Dördpendirli pizza

Open.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!