Ancelina Coli soyadını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Ancelina Coli soyadını dəyişdi

Dünya

17 Aprel 2019 18:08 2041


Amerikalı aktrisa Ancelina Coli-Pitt rəsmi soyadını dəyişərək, yenidən Coli olub.

"Yeni Sabah" “US Weekly”yə istinadən xəbər verir ki, aktrisanın əvvəlki soyadını qaytarması xəbəri 43 yaşlı Coli ilə 55 yaşlı Bred Pitt arasında boşanma prosesinə baxan məhkəmənin sənədləri əsasında məlum olub.

Hollivud ulduzları arasında boşanma rəsmən aprelin 15-də yekunlaşıb. Bununla belə, keçmiş cütlük əmlak bölgüsü və altı uşağın himayəsi məsələsi ilə bağlı tam razılığa gəlməyib. Pepperoni pizza

Coli və Pittin ayrılması xəbəri ilk dəfə 2016-cı ilin payız aylarında mətbuata sızıb. Cütlük 2014-cü ilin avqust ayında nikaha daxil olub. Ona qədər 10 ilə yaxın birgə yaşayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!