Ancelina Coli vəsiyyətini yazdı

saytların hazırlanması

Evə çatdırılma

Ancelina Coli vəsiyyətini yazdı

Şou

26 Aprel 2019 15:12 1250


Hollivudun məşhur aktrisası Ancelina Colinin vəsiyyət yazdığı ortaya çıxıb.

"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, Colinin son günlər daha bir xəstəliyi tutulduğu üzə çıxıb. Bu səbəbə görə, Coli arıqlayaraq, 42 kiloqram çəkiyə düşüb.

Hətta, Ancelina vəsiyyətnamə də yazıb. Onun var-dövlətinin çox hissəsini 17 yaşlı oğlu Meddoksa vəsiyyət etdiyi deyilir. Coli Meddoksu Pittlə yenicə görüşməyə başladığı zaman övladlığa götürmüşdü. Daha sonra Bred də rəsmən onu övladı kimi qəbul edib. Sezar pizza

“Boşanma zamanı Meddoks anasının tərəfini tutaraq onunla qalmaq istəyib”,- deyə mənbə yazıb. Digər övladlarının Ancelinadan nəsə alacağı haqda hələ məlumat yoxdur. Ancelinanın yerdə qalan var-dövlətini digər uşaqları arasında bölüşdürəcəyi söylənilir.

Ancelina Coli heç vaxt doğma uşaqları ilə övladlığa götürdüklərini ayırmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşandıqlarını bəyan ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!