Qarabağ Universitetinin tələbələrindən qınanılan ifa - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetinin tələbələrindən qınanılan ifa - VİDEO

Sosial

28 Sentyabr 2024 11:06 56516


Qarabağ Universitetinin tələbələri son addımları ilə sosial şəbəkələrdə trendə çevriliblər. 

Yenisabah.az xəbər verir ki, Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının balkonuna çıxan tələbələr xorla mahnı oxumağa başlayıblar. 

Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq trendə çevirlsə də, tələbələrin ifa etdiyi mahnı birmənalı qarşılanmayıb.  Pepperoni pizza

Belə ki, onların ““Olmuşuq məsti-xumar, yenə gözlərimiz axır” - deyə mahnı ifa etmələri sosial şəbəkələrdə bir qrup insanın etirazına səbəb olub. 

Onlar Qarabağın Azərbaycanın musiqi beşiyi olduğu bildirərək, bu cür bayağı ifaların yolverilməz olduğunu qeyd ediblər. 

Sosial şəbəkə istifadəçiləri tələbələrə müraciət edərək Qarabağda “Məsti Xumar” əvəzinə, “Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" mahnısının ifa edilməsini məsləhət görüblər. 

Burla Rza 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!