Ankarada Azərbaycana dəstək aksiyası keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Azərbaycana dəstək aksiyası keçirildi - Foto

Xalqın səsi

08 Avqust 2020 18:28 1195


Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Mustafa Kamal Atatürkün heykəli önündə Azərbaycana dəstək aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, koronavirusla əlaqədar sosial izolyasiya tədbirlərinə uyğun keçirilən aksiyaya Ankarada yaşayan azərbaycanlılar və yerli sakinlər qatılıblar.

Aksiya zamanı ermənilərin, erməni lobbisinin və onların havadarlarının türk dünyasına, Azərbaycan və Türkiyəyə yönəlmiş təcavüzkar, işğalçı davranışları pislənilib. Pepperoni pizza

Aksiyanın təşkilatçısı jurnalist Şeyda Nəsibli təcavüzkar Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb.

Aksiya iştirakçıları bu il iyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribatı qınayıblar.

Aksiyada “Cansa can, qansa qan, biz hazırıq Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Bir millət, iki dövlət” şüarları səsləndirilib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!