Ankarada Azərbaycana dəstək konserti keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Azərbaycana dəstək konserti keçirildi - Fotolar

Rəsmi

03 Oktyabr 2020 23:59 1218


Ankarada Azərbaycan ordusuna və Qarabağa dəstək məqsədilə tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, Türkiyə Mədəniyyət Nazirliyinin, Türkdilli Ölkələrin Əməkaşlıq Şurasının (TÜRKSOY) və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycanın haqlı mübarizəsinə uğurlar diləyiblər.

Türkiyə-Azərbaycan Dostluq Konsertinin bədii rəhbəri Cem Gurdal bildirib ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratmaq, Azərbaycanın müzəffər ordusunu alqışlamaq və uğurlar diləməkdir. pizza sifarişi

Tədbirdə türk dünyasının tanınmış müğənnisi Azərinin ifasında zəfər mahnıları şəslənib, ifaçının Azərbaycan ordusunun bugünkü qələbəsini - Ağdərə rayonunun Suqovuşan kəndinin alınması xəbərini verməsi böyük coşqu ilə qarşılanıb.

Dostluq konsertində Türkiyə, Azərbaycan, eləcə də digər türkdilli xalqların mahnıları, rəqsləri ifa edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!