Ankarada üçlü görüş: “Paşinyan yerli radikallardan çəkinməsəydi...”

saytların hazırlanması

Evə çatdırılma

Ankarada üçlü görüş: “Paşinyan yerli radikallardan çəkinməsəydi...”

Siyasət

02 İyun 2023 19:25 2070


“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır: “Bunu istəyərkən İrəvanda erməni terrorçularına qoyulan abidə gedişata mənfi təsir edib. Paşinyan üçün həmin abidəni götürmək çətin olmamalıdır, necə ki, İrəvan metrostansiyaların birinin girişində “Böyük Ermənistan” xəritəsini siliblər. Xəritəni silən abidəni də götürə bilər”.

E.Şahinoğlu bildirib ki, Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşa bilərdi: “Kişinyovda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi”. Marqarita pizza

Qeyd edək ki, artıq Ermənistan hökumətinin aparatı da Paşinyanın 3 iyunda Türkiyəyə səfər edəcəyini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!