Ötən gün Nikol Paşinyanla qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan arasında görüş baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib. Erməni nəşri yazır ki, Araik Arutyunyan ətrafındakılara Paşinyanla keçirdiyi çətin görüşdən danışıb:
“O, rəsmi Bakının fikrini təkrarlayıb. Onun fikrincə, “Artsax” Azərbaycanla inteqrasiya olunmalı, “Artsax xalqı” azərbaycanlılarla anlaşmalı və yaşamalıdır. Çünki başqa alternativ yoxdur. Yeganə ən pis yol isə müharibədir”. pizza
Qəzetin məlumatına görə, ağır əhval-ruhiyyə və təəssüratlarla Qarabağa qayıdan separatçı qurumun “lideri” komanda yoldaşlarına bildirib ki, o, artıq vəzifəsində qalmaq istəmir:
“Maraqlıdır ki, dünən “Artsax parlamenti”nin “dövlət və hüquq məsələləri komitəsi” “konstitusiya” dəyişiklikləri layihəsini müzakirə edib və bu müsbət nəticələnib.
Dəyişikliklər hərbi vəziyyət dövründə “prezident vəzifəsi” boş qaldığı halda, “milli məclis” tərəfindən “prezident”in seçilə bilməsi ilə bağlıdır. “Milli məclis” hazırkı “prezident”in səlahiyyət müddətinin sonuna qədər yeni “Artsax”ın prezidentini seçə biləcək.
Telegram kanalımız