“ANS-in açılacağına inanmıram“

saytların hazırlanması

Evə çatdırılma

“ANS-in açılacağına inanmıram“

Sosial

16 Fevral 2019 16:53 1025


Son bir neçə gündür, Azərbaycan mediasında maraqlı hadisələr  müşahidə edilir. Bağlanan  qurumlar yeni ad altında açılır. Məsələn, ötən gün “APA” informasiya agentliyinin yeni adla fəaliyyətə başlayacağı məlum oldu. Ardınca isə,  ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev oxşar  fikirlərlə çıxış etdi.

Media eksperti Zeynal Məmmədli  “Yeni Sabah”a danışarkən media qurumlarının yenidən açılmasını müsbət qiymətləndirdiyini deyib:

“Düşünürəm ki, medianı cəmiyyətdə sıxışdırmaqla , mətbuat azadlığını maksimum məhdudlaşdırmaqla – qanunlardan daha çox, məmurların məhdudlaşdırması ilə – nəticənin pis olacağını anlamağa başlayıblar. Mətbuata bir az nəfəs vermək istəyirlər. Sanki peşmançılıq göstəriciləri var. Məsələn, bağlanan informasiya agentliyini bərpa edirlər, fərqli ad altında fəaliyyətinə şərait yaradırlar. Açığı, ANS-in  yenidən efirə qayıdacağına, fəaliyyətini bərpa edəcəyinə çox inanmıram. Buna baxmayaraq arzulayıram. Media qurumları çoxaldıqca  kütləvi informasiya vasitələrinin problemlərini qabartmaq üçün imkanlar artır. Qanunlardakı, icradakı ciddi qüsurların aradan qalxması üçün ictimai rəy yaranır.  Həmçinin bu, iş yerlərinin  olması  istiqamətində də müsbət addımdır. Məsələyə bu prizmadan baxmaq lazımdır”. Dördpendirli pizza

Z.Məmmədli qeyd edib ki, hazırda Azərbaycan mediasında ciddi informasiya boşluğu var:

“ Media cəmiyyət həyatının aynası kimi çıxış etmir. Ancaq yuxarıdan yönəldilən istiqamətləri göstərir. Bu gün Azərbaycan mediasını iki yerə ayırmaq olur. Birincisi, “Bulvar mediası”dır.  Orda ancaq bir fikir tapmaq olur, plüralizm , xüsusilə də siyasi plüralizm yoxdur. İkincisi isə, həqiqətdən öncə insanları əyləndirməyi , ovundurmağı düşünür. Yəni “Sarı media”. Cəmiyyət maraqlarını güdən media yoxdursa, deməli informasiya boşluğu deyil, uçurumu var”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!