APA İnformasiya Agentliyinin fəaliyyətinin bərpasından sonra ANS Yayım və Media Şirkətinin də açılması məsələsi gündəmə gəlib.
Xatırladaq ki, bir müddət əvvəl ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlamışdı.
“Yeni Sabah” xəbər verir ki, ANS Yayım və Media Şirkətinin yenidən fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün cebhe.info şirkətin prezidenti Vahid Mustafayevlə əlaqə saxlayıb. O, məsələdən xəbərsiz olduğunu deyib: “Mən xaricdə görüşdəyəm. Siz məni elə yerdə yaxalamısınız ki, danışa bilmirəm. Mənim heç nədən xəbərim yoxdur”. pizza sifarişi
Telegram kanalımız