Ansi “Qarabağ”dan gedir

saytların hazırlanması

Evə çatdırılma

Ansi “Qarabağ”dan gedir

İdman

13 Mart 2019 17:42 1002


“Qarabağ” futbolçusu Ansi Aqollinin karyerasını ABŞ-da “Nyu-York Kosmos" klubunda davam etdirəcəyi dəqiqləşib.

Ağdam klubunun direktoru Əmrah Çelikel açıqlamasında albaniyalı futbolçu ilə yolları ayıracaqlarını deyib.

Qeyd edək ki, “Nyu-York Kosmos" Şimali Amerika Futbol Liqasında (səviyyəsinə görə ikinci liqa) çıxış edir. Futbolçu karyerasının son illərində əfsanəvi Pele də bu komandada oynayıb. Hazırda isə o, klubun fəxri prezidentidir. pizza mizza

36 yaşlı Ansi Aqollinin futbolçu karyerasını başa vurduqdan sonra “Nyu-York Kosmos"un uşaq futbol akedemiyasında işləyəcəyi də bildirilir.

Əlavə edək ki, A.Aqolli  2011-ci ildən indiyədək "Qarabağ"da oynayır.

Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!