Antalyada güclü qasırğa hava limanında qəzaya səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, 133 kilometr/saat gücündə olan qasırğa hava limanında iki avtobusu və iki mikroavtobusu aşırıb. Həmçinin iki təyyarə və bir polis helikopterinə ziyan dəyib.
Hadisə nəticəsində ümumiklikdə 12 nəfər yaralanıb. Qasırğa şəhərin bir sıra yerlərində ağacları aşırıb, bəzi yerlərdə elektrik enerjisi kəsilib. pizza hut
Antalya rəsmiləri güclü fırtına ilə əlaqədar məlumat yayıblar. Belə ki, vətəndaşlara məcburiyyət yaranmayacağı təqdirdə evdən çölə çıxmamaq tövsiyə edilib.
Telegram kanalımız