Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapıldı

Kriminal

04 Fevral 2019 22:11 1152


Türkiyənin Antalya şəhərində 34 yaşlı Azərbaycan vətəndaşı Saleh Abdullayevin cəsədi evinin hamam otağında tapılıb.

"Yeni Sabah"ın məlumatına görə, Open.az türk mətbuatına istinadən xəbər verir ki, gəncin cəsədi ev yoldaşının anası tərəfindən aşkar edilib.

Hadisə Muratpaşa rayonu Yüksekalan Məhəlləsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Məlumata görə, həmyerlimizin ev yoldaşının anası günorta saatlarında evə yollanıb. Vannanın içərisində Abdullayevin hərəkətsiz uzandığını hiss edən qadın polisə xəbər verib. Pepperoni pizza

Hadisə yerinə gələn tibb briqadaları Salehin həyatını itirdiyini müəyyən ediblər.

Bir müddət əvvəl turizm sektorunda çalışdığı deyilən Saleh Abdullayev ən son səhər saatlarında itini gəzdirərkən görünüb. Onun cəsədi tibb meyitxanasına aparılıb.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!