Antibiotiklərin ürək xəstəliklərinə səbəb olduğu üzə çıxıb.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bəzi antibiotik növlərindən ("Ciprofloksasin" və "Cipro") istifadə edən xəstələrin digər insanlara nisbətən ürək xəstəliklərinə yaxalanma hallarının 2,4 faiz daha çox olduğu açıqlanıb.
Bunu “British Columbia” Universitetinin mütəxəssislərinin araşdırmaları üzə çıxarıb. Araşdırma çərçivəsində ABŞ-ın özəl sığorta şirkətlərinin bazalarında yer alan 9 milyon insanın analizləri təhlil edilib. Bəlli olub ki, antibiotiklərin səbəb olduğu xəstəliklərdən ən geniş yayılanı mitral qapaq çatışmazlığıdır. pizza mizza
Mütəxəssislər qeyd ediblər ki, bu və buna bənzər ürək xəstəliklərinə yaxalanma riski dərmanın istifadə edildiyi gündən sonrakı 1 ay ərzində daha yüksəkdir.
Sabrina
Telegram kanalımız