Antisanitar çörək sexi aşkarlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Antisanitar çörək sexi aşkarlandı - Fotolar

Sağlamlıq

13 Dekabr 2019 14:36 1203


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddətinin bitdiyi və onların təmizlənməsinin, dezinfeksiyasının normalara uyğun olaraq aparılmadığı, deratizasiya və dezinseksiya tədbirlərinin vaxtaşırı həyata keçirilmədiyi aşkar edilib. pizza hut

Aşkarlanan pozuntulara uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!