“Hüquqi cəhətdən antiterror əməliyyatlarının keçirilməsi Azərbaycanın haqqıdır”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Toğrul İsmayıl deyib.
O, Daşbaşı yüksəkliyinin və Fərrux kəndinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra Qərbin və Rusiyanın Azərbaycana qaşrı birgə təzyiqinə münasibət bildirib: Pepperoni pizza
“Hazırda dünyada baş verən proseslər, xüsusilə, Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində belə əməliyyatların aparılması, bir tərəfədən, cazibəli görünə, digər tərəfdən, fəsadlar yarada bilər. Yəni həm Rusiyanı, həm də Qərbi eyni şəkildə üstümüzə qısqırda bilərik. Ona görə də, bu məsələlər doğru hesablanmalı və doğru qiymətləndirilməlidir”.
Ekspertin sözlərinə görə, əslində, bu əməliyyatları sülhməramlılar həyata keçirilməli idi:
“Onlar vəzifələrini yerinə yetirmədiyi üçün bu cür fəsadlar ortaya çıxacaq. Bu, Rusiyanın ilk gündən bölgədə yaratdığı problemlərdir. Çünki Rusiya münaqişənin bitməsini istəmir. Çox həssas mövzudur və diqqətli olmaq lazımdır".
Toğrul İsmayıl əlavə edib ki, bir şərhçi kimi açıq informasiyaya əsasən mülahizə yürüdür, amma dövlət başçısının və dövlət qurumlarının bildiyi daha dərindir:
"Bu cür əməliyyatları yüksək səslə deyil, daha sakit və daha diqqətlə həyata keçirilməsində böyük fayda var. Qərbin bu məsələyə ikili standartla yanaşması fikri ilə də razılaşmıram. O, həmişə Azərbaycana qarşı olub. Təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı. Xristianlıq faktoru ilə yanaşı, bu məsələdə erməni təbliğatının güclü işləməsi və Qərb ölkələrinin Cənubi Qafqazdakı maraqları faktoru var.
Qərblə işləmək lazımdır. Təəssüf ki, bu məsələdə bir az passivik. Bu, indinin problemi deyil, uzun illərdir Qərb ölkələri, ABŞ da daxil olmaqla, anti-Azərbaycan mövqeyi ilə hərəkət edib və etməkdədir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız