APA TV “Lider“in yerinə yayımlanacaq

saytların hazırlanması

Evə çatdırılma

APA TV “Lider“in yerinə yayımlanacaq

Maraqlı

21 Avqust 2020 17:51 2724


Bakı Kommersiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsindən sonra kanalın aqibəti hər kəsə maraqlı idi.

Yenisabah.az xəbər verir ki, “MediaPost”un əldə etdiyi məlumata görə, kanalın kabel yayımının 1 sentyabrdan dayanacağı bildirilir. Onun yerinə isə hazırda internet televiziyası kimi fəaliyyət göstərən APA TV yayımlanacaq.

Əvvəlcə tezliyin “Baku” TV tərəfindən alınacağı iddia edilirdi, lakin bunun gerçəkləşmədiyi bildirilir. pizza sifarişi

Kanalın 1 sentyabrdan işini “Lider” TV-nin tezliyində davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!