Aparıcı: “Səninlə danışanda gəncləşirəm” deyirdi

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı: “Səninlə danışanda gəncləşirəm” deyirdi

Mədəniyyət

09 Oktyabr 2025 16:12 446


Aparıcı Saleh Bağırov bu gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, sosial media hesabında yazıb:

“Eldən daha bir nəhəng sənətkar getdi... Sənətin, səhnənin, şeiriyyatın fövqündə dayanan bir sənətkar! Əminə Yusifqızı səsinin möcüzəsi ilə sevdim şeiriyyatı. Maraqlıdır ki, onun qiraətindən sonra başqa heç bir təqdimatı qəbul edə, eşidə bilmədim... pizza sifarişi

Çox doğma, sıx və pünhan ünsiyyətimiz var idi. Bunu hər kəs bilirdi. Görünür ona görə hamı xəbərin dəqiq olub olmaması ilə bağlı məni axtardı... Sirdaş idik. Son illər tez tez baş çəkirdim, hal-əhval tuturdum, söhbət edirdik. “Səninlə danışanda gəncləşirəm” deyirdi. Yaşadığı,danışdığı həyatı bir roman, bir kitab idi sözün əsl mənasında. O qədər duyğulu, həyəcanlı və xoşbəxt anları ilə dolu idi ki xatirələri...

Getdin şirin, acı xatirələrlə. Qaldı yaddaşımda xəyalın sənin... Söylədiyi məhşur şeirlərdən birinin misraları. Şəxsən mənim və sizi sevənlərin yaddaşında səsiniz, sözünüz, xəyalınız əbədi yaşayacaq!”


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!