“Aparıcıları cəzalandırmaq lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

“Aparıcıları cəzalandırmaq lazımdır”

Şou

23 Fevral 2026 14:33 442


Əməkdar mədəniyyət işçisi, Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı ictimai müzakirələrə qoşulub.

"Yeni Sabah" xəbər verir ki, o, "Facebook" səhifəsində qeyd edib:

“Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır. pizza sifarişi

Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz!  Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!