“Apple” bu yaxınlarda "iPhone 14" və “Apple Watch” (ağıllı saat) üçün qəzaya düşən istifadəçiləri avtomatik aşkar edən və təcili xidmətlərin onların çatmasına kömək edən yeni funksiya yaradıb.
Yenisabah.az xəbər verir ki, bu funksiya polislər üçün artıq kabusa çevrilib. Çünki istifadəçilər əyləncə parkındakı atraksionlara minəndə də cihazlar 911-ə (çağrı mərkəzi) zəng edir.
“Apple”ın yeni funksiyası istifadəçinin həyatının təhlükədə olmasını nəzərdə tutur, lakin o, digər vəziyyətlərdə də işləyir. Bu yaxınlarda "Lunapark"da sürət qatarı attraksionuna minən bütün istifadəçilərin cihazlarından polisə avtomatik zəng edib. Toyuqlu pizza
Bu hal təkcə “Kings Island” əyləncə mərkəzində yaşanmayıb. Həmçinin, “Dollywood” əyləncə parkında. Buna görə də, əyləncə mərkəzinə gələnlərə xəbərdarlıq edilib:
“Parka mobil telefon və digər cihazlar gətirilməməlidir. Dinamik hərəkətə görə “Apple” saatları və oxşar cihazlar təcili zəng funksiyasını aktivləşdirə bilər. Cihazınızın arzuolunmaz 911 zəngləri etməsinin qarşısını almaq üçün onu söndürün və ya "təyyarə rejimi"ni aktiv edin”.
Telegram kanalımız