“Apple” şirkəti süni intellekt məhsullarında inkişafı hədəfləyir

“Apple” şirkəti süni intellekt məhsullarında inkişafı hədəfləyir

Rəqəmsal Veb saytların hazırlanması

23 Oktyabr 2023 20:07 7013


Texnologiya dünyası son zamanlar süni intellekt məhsulları ilə böyüməyə davam edir. 

Yenisabah.az xəbər verir ki, məlum olduğu kimi, “Apple” şirkəti də istehsal etdiyi məhsullarla sənayenin ən yaxşısı olmağı hədəfləməkdə israrlıdır.

Belə ki, şirkət bu yaxınlarda qarışıq reallıq eynəklərində yeni texnologiyadan istifadə edib. Bununla belə, süni intellekt məhsullarının sənayeni ələ alması şirkət rəsmilərinin diqqətini çəkib. Əvvəlki hesabatlarda deyilirdi ki, “Apple GPT” olaraq adlandırılan məhsulun gəlməsi illər çəkə bilər. 

Son məlumatlara görə isə “Siri” süni intellekt dəstəyi alacaq. Gələn il təqdim edilməsi gözlənilən “iOS 18” ilə süni intellektin ilk toxunuşunun reallaşması gözlənilir. Son üç ayda şirkətin süni intellekt şöbəsinə yüzdən çox əməkdaş cəlb edilib. İşə alınanlara mühəndislər, tədqiqatçılar, xüsusi layihə menecerləri və bir sıra digər vəzifələr daxildir. Ancaq bəzi məlumatlara görə, məhsulların “Apple” standartlarına çatması üçün vaxt tələb olunur. 

Bəzi mənbələrə görə, bu gecikmənin digər səbəbi şirkətin CEO-su Tim Kukun narahatlığıdır. Onun sözlərinə görə, süni intellektə əsaslanan məhsullar kifayət qədər populyar olsa da, onların həll edilməli olan çoxlu qüsurları var. Bununla belə, o, süni intellektin gələcəyin bir hissəsi olduğunu da etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!