“Apple”a 47 milyonluq cərimə

saytların hazırlanması

Evə çatdırılma

“Apple”a 47 milyonluq cərimə

Rəqəmsal

07 Fevral 2020 14:55 1272


Fransa “Apple” şirkətini 25 milyon avro cərimələyib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkət İOS əməliyyat sisteminin (10.2.1 ve 11.2) yeniləmələri səbəbilə cəzalandırılıb.

Bu yeniləmələrin şirkətin istehsal etdiyi köhnə “iPhone” modellərini qəsdən zəiflətməsi istehlakçıların etirazına səbəb olub. Fransa məhkəməsi şirkətin bu barədə istifadəçilərə heç bir xəbərdarlıq etməməsini əsas gətirərək 25 milyon avro (təxminən, 47 milyon manat) cərimə müəyyən edib. Marqarita pizza

Xatırladaq ki, “Apple” daha öncə eyni səbəbdən ötrü İsrail ilə də gərginlik yaşamışdı.

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!