Aprel ayı qəfil hava və temperatur dəyişiklikləri səbəbindən sağlamlıq problemlərinin artdığı dövrdür. Bu ay müşahidə olunan sürətli hava dəyişiklikləri xüsusilə döş və kürək ağrıları, soyuqdəymə, qrip və sətəlcəm kimi xəstəliklərin yayılmasına səbəb olur.
Yenisabah.az ağciyər xəstəlikləri üzrə mütəxəssis professor Şevket Özkayanın sözügedən məsələ ilə bağlı açıqlamasını təqdim edir:
“Bu dövrdə xəstəxanaya müraciət edənlərin sayı artır və hər üç xəstədən biri stasionar müalicə alır. Atmosfer təzyiqindəki dəyişikliklər də sağlamlığa təsir göstərir. Bu dəyişikliklər migren, oynaq ağrıları, xroniki yorğunluq, qan təzyiqi və şəkər səviyyəsində dalğalanmalar kimi problemlərə səbəb ola bilər. Bəzi insanlar bu təzyiq dəyişikliklərini bədənlərində hiss edərək sağlamlıqlarında narahatlıq yaşaya bilərlər”. Dominos pizza
Qeyd edək ki, bu səbəbdən aprel ayında hava şəraitinə uyğun geyinmək, qapalı və açıq mühitlər arasındakı temperatur fərqlərinə diqqət yetirmək və sağlamlıqla bağlı narahatlıq hiss edildikdə həkimə müraciət etmək tövsiyə olunur.
Aytac Şahin
Telegram kanalımız