Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar verib.
“Yeni Sabah” xəbər verir ki, qərarla Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı verilib.
Bu təklifi Neftçala Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə irəli sürüb. Toyuqlu pizza
Qeyd edək ki, 1981-ci il təvəllüdlü S. İmanov aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Telegram kanalımız