Aprel və may aylarında özünüzü belə qoruyun –   SAĞLAMLIQ RUTİNİ

saytların hazırlanması

Evə çatdırılma

Aprel və may aylarında özünüzü belə qoruyun – SAĞLAMLIQ RUTİNİ

Sağlamlıq

15 Aprel 2025 09:44 1098


Yaz ayları insan orqanizminin yenilənməsi və enerji toplaması üçün ideal vaxtdır. Qışdan çıxan bədən həm yüngülləşmək, həm də zərərli maddələrdən təmizlənmək ehtiyacı duyur. Bu baxımdan düzgün qidalanma böyük əhəmiyyət daşıyır.

Yenisabah.az bu fəsildə qidalanma rutinini təqdim edir:

Meyvə və tərəvəzləri artırın: Marqarita pizza

Qidalanma mütəxəssisləri yaz aylarında mövsümi meyvə və tərəvəzlərin rasiona əlavə edilməsini tövsiyə edir. Xiyar, pomidor, ispanaq, quzuqulağı, çiyələk və kivi kimi məhsullar həm vitaminlərlə zəngindir, həm də orqanizmi təmizləyici xüsusiyyətlərə malikdir.

Ağır yeməklərdən uzaq durun:

Qışda daha çox kalorili və yağlı yeməklər üstünlük təşkil etsə də, yazda bu vərdişi dəyişmək lazımdır. Ət məhsulları azaldılmalı, qızartmalardan və yağlı yeməklərdən mümkün qədər uzaq durulmalıdır. Onların yerinə buxarda bişirilmiş, qaynadılmış və ya sobada hazırlanmış yeməklər seçilməlidir.

Bol su için:

Yaz aylarında artan temperatur bədənin daha çox maye itirməsinə səbəb olur. Bu itkini bərpa etmək üçün gündə ən azı 6-8 stəkan su içmək tövsiyə olunur. Su ilə yanaşı, şəkərsiz kompotlar və bitki çayları da faydalıdır.

Detoks və yüngül pəhrizlərə üstünlük verin:

Bəzi insanlar yazın gəlişi ilə bədənlərini detokslamaq və yüngülləşdirmək üçün xüsusi proqramlara başlayır. Ancaq mütəxəssislər bildirirlər ki, hər hansı pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Detoks məqsədilə təbii yollarla – məsələn, limonlu su, yaşıl çay və ya qidalanmada lifli məhsullara yer verməklə nəticə əldə etmək mümkündür.

Hərəkəti unutmayın:

Yaz təkcə qidalanma ilə deyil, fiziki aktivliklə də dəstəklənməlidir. Açıq havada gəzinti, yüngül idman və səhər yürüşləri maddələr mübadiləsini sürətləndirərək enerjili olmağınıza kömək edəcək.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!