Aptekdən oğurluq etmək istəyən şəxs tutulub

saytların hazırlanması

Evə çatdırılma

Aptekdən oğurluq etmək istəyən şəxs tutulub

Kriminal

07 Fevral 2019 21:15 1117


Bakıda gecə saatlarında aptekə oğurluq məqsədi ilə daxil olan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

DİN-dən “Yeni Sabah”averilən məlumata əsasən, hadisə ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 16-da qeydə alınıb. Həmin ünvanda yerləşən aptekdə oğurluğun qarşısı mühafizə polisləri tərəfindən alınıb. 

Gecə saat 04:22 radələrində Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə yaxınlaşan Nəsimi Mühafizə İdarəsinin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta biliblər. pizza sifarişi

Saxlanılan zaman onun üzərində axtarış aparılarkən həmin şəxsdən kəsici alətlər və hadisə zamanı aptekin qapısını qırmaq üçün istifadə etdiyi dəmir parçası aşkar olunaraq götürülüb. Oğurluq etmək istəyən şəxs daha sonra ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Anar Rəşidzadə olduğu məlum olub.

Faktla bağlı A.Rəşidzadə barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə,  Nəsimi RPİ və ya  19-cu PŞ-nə müraciət edə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!