Apteklərdə C vitamini niyə tapılmır? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Apteklərdə C vitamini niyə tapılmır? - VİDEO

Sağlamlıq

18 Dekabr 2020 09:02 933


Vətəndaşlar Vitamin C-yə ən çox tələbatın olduğu bu günlərdə həmin preparatı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onlar müraciət etdikləri apteklərin çoxundan əliboş qayıdırlar.

“Yeni Sabah” xəbər verir ki, C vitamini tərkibli preparatlardan yalnız koronaviruslu xəstələr deyil, immuniteti zəif olan hər kəs istifadə etdiyindən tələbat da çox böyükdür.

Bunu fürsət bilən bəzi işbazlar da preparatın qiymətini artırırlar. Sezar pizza

Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən apteklərə üz tutduq. Daxil olduğumuz 6 aptekdən yalnız birində Vitamin C-ni tapa bildik. Satıcılar bu preparata tələbatın çox olduğunu və bu səbəbdən tapılmadığını deyirlər.

Əczaçılar deyirlər ki, qiymət vitaminin keyfiyyətindən asılı olaraq dəyişir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, apteklərin dərman təminatı onların səlahiyyətində deyil. Depolarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xezerxeber-in mövzu ilə bağlı materialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!