AQTA bu kafenin fəaliyyətini məhdudlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

AQTA bu kafenin fəaliyyətini məhdudlaşdırdı

Sağlamlıq

31 İyul 2019 11:08 1135


Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Yeni Sabah"a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən növbəti monitorinq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsində (kafedə) aparılıb.

Baxış zamanı qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.  Dominos pizza

Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. 

Baxış zamanı kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib. 

Aşkar edilən nöqsanlar əsasında Agentlik əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!