AQTA: Gürcüstandan gətirilən kəsimlik heyvanlar geri qaytarılıb

saytların hazırlanması

Evə çatdırılma

AQTA: Gürcüstandan gətirilən kəsimlik heyvanlar geri qaytarılıb

Sosial

08 May 2026 11:49 233


Zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb.

Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

“Aqrovest MT” MMC-in Gürcüstandan gətirdiyi 89 baş kəsimlik diri iribuynuzlu heyvan “Qırmızı Körpü”də kliniki və laborator müayinədən keçirilib. pizza

Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub. 

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!