Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini fevralın 8-də Nərimanov rayonu Məktəb-Lisey Kompleksində keçirib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə məktəbin şagird və müəllim heyətinə qida təhlükəsizliyi, şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma,balıq ətindən istifadənin faydaları barədə məlumatlar verilib. Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, ötən il "Sağlam məktəbli" layihəsi Bakı şəhərində fəaliyyət göstərən 10 ümumtəhsil müəssəsində həyata keçirilib və ümumilikdə 3000-dən artıq müəllim və şagird layihəyə cəlb olunub. Layihənin 2019-cu ildə Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Dördpendirli pizza
Telegram kanalımız