Araik Arutyunyan Laçından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Araik Arutyunyan Laçından danışdı

Siyasət

30 İyun 2022 18:09 29240


Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün Qarabağ "parlamentində" ermənilərin Laçını tərk etməli olduğunu bəyan edib.

"Həmvətənlərimizin Laçında yaşamağa davam etməsi mümkünlüyünün çox az olduğunu hesab edirəm", deyə Arutyunyan qeyd edib ki, etiraz etdikləri təqdirdə "Yerevanda yaşayan siyasi xadimlər və ya vəzifəli şəxslər cavab verməyəcək, saniyələr ərzində bunun ağır bəhrələrini biz toplamalı olacağıq". 

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan və Qarabağ arasında yeni yol çəkilməsi ilə əlaqədar ermənilər Laçın şəhərini qaytarmalıdırlar. Hazırki yol Laçın şəhərindən keçir, burada heç vaxt ermənilər olmayıb. pizza mizza

Yeni yol yaxın gələcəkdə təhvil verilməlidir, amma Ermənistan elitasının bir hissəsi Laçını tərk etməyin əleyhinə çıxır, bu da Azərbaycan SQ ilə yeni döyüşlərə və ermənilər üçün növbəti ərazi itkilərinə səbəb ola bilər. 

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!