Araik Arutyunyan Paşinyanı Qarabağa buraxmır - Səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Araik Arutyunyan Paşinyanı Qarabağa buraxmır - Səbəbini açıqladı

Siyasət

26 Fevral 2022 14:49 22362


Laçındakı dövlət sərhədimizi pozaraq Qarabağa səfər edən bir qrup erməni "ziyalı" Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan dövləti tərəfindən axtarılan başçısı Araik Arutyunyanla  görüşüb.

Yenisabah.az xəbər verir ki, "Hraparak" nəşrinin yazdığına görə, görüş zamanı ermənilər Araikə Paşinyanla bağlı sual veriblər.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın niyə müharibədən sonra Qarabağa getmədiyi haqda soruşublar. Araik Arutyunyan Paşinyanı Qarabağ “buraxmayacağını” bəyan edib. Səbəb kimi isə Nikol Paşinyanın təhlükəsizliyini təmin edə bilmədiklərini, ona görə də onun Qarabağa səfər etmədiyini söyləyib.  Dördpendirli pizza

Bununla belə, Qarabağa səfər edən erməni "ziyalılar" qrupu heç bir təhlükənin olmadığına əmin ola biliblər.

 "Rusiya sülhməramlıları yollarda patrulluq edirlər, azərbaycanlıları isə uzaqdan yalnız Rusiya qoşunlarının nəzarət-buraxılış məntəqəsinin də yerləşdiyi Şuşa yaxınlığında görmək olur. Odur ki, azərbaycanlılar nəsə törətməyə, çətin ki, cəsarət edə bilərlər"- deyə erməni nəşri yazır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • AGHAVEYS
    Araik gizlenib ki? onu axtarsınlar? Axtarış elan edenlerin ve hemin qerarı icra edenlerin cüreti varsa getsinler Stepanakertden getirsinler araiki. Boş-boş laf etmek ucuzlaşdırır.
    4 years ago