Araik Moskvaya niyə gedib?   - “Bu, erməni qoşunlarının Qarabağdan çıxarılmasını da şərtləndirir”

saytların hazırlanması

Evə çatdırılma

Araik Moskvaya niyə gedib? - “Bu, erməni qoşunlarının Qarabağdan çıxarılmasını da şərtləndirir”

Siyasət

23 Oktyabr 2021 23:56 5008


Qarabağda baş separatçı Araik Arutyunyanın Moskvaya səfəri ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatı son proseslərin Bakı üçün qaneedici məcrada inkişafından xəbər verir.

Səfirlik Araikin Ermənistan pasportu ilə səfər etdiyini, erməni diasporu ilə görüşdüyünü və Rusiyanən dövlət strukturları, diplomat xətti ilə heç bir təmasın olmadığını açıqlayıb. Eyni səpkili məlumat separatçıların qondarma “naziri” David Babayanın da səfəri haqqında səsləndirildi.

Aprel ayında Araik Moskvaya gedərkən reaksiya belə deyildi, rəsmi olmasa da, xüsusilə media üzərindən sərt münasibət sərgiləndi və bununla Bakı öz mövqeyini də nümayiş etdirirdi. pizza mizza

İndi müşahidə olunan reaksiya proseslərin inkişafının müsbət olduğu və Bakının gözləntilərinə dair ehtimallar yaradır, xüsusilə Moskvada üçtərəfli görüşün keçiriləcəyi xəbərləri fonunda.

Sərhədlərin delimitasiyası ilə bağlı mümkün sənədin imzalanması və kommunikasiyanın açılması gözləntiləri erməni qoşunların Qarabağdan çıxarılmasını da şərtləndirir. Bu kontekstdə istisna deyil ki, Araikin Moskvaya gedişi erməni qoşunlarının çıxarılmasından sonrakı dövrün müzakirə edilməsi ilə bağlı olub.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!