Araik qapalı toplantı keçirdi: O nəyə ümid edir?

saytların hazırlanması

Evə çatdırılma

Araik qapalı toplantı keçirdi: O nəyə ümid edir?

Siyasət

22 İyul 2023 08:55 852


Qarabağın dağlıq hissəsində mövcudluğunu saxlayan separatçılar müxtəlif yollara ət atmağa çalışırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri yazır ki, ötən gün tanınmamış “DQR”in “rəhbər”i Araik Arutyunyan “hökumət”in növbədənkənar qapalı iclasını keçirib. Dördpendirli pizza

Məlumata görə, görüş zamanı A. Arutyunyan Azərbaycan tərəfindən fəaliyyəti qəbul edilməyən Minsk Qrupu formatının yenidən işləyə biləcəyinə ümid etdiyini bildirib. O, söyləyib ki, hətta bu yaxınlarda Avropa şəhərlərindən birində həmsədrlərin görüşü keçirilib.

Qondarma rejim “parlamenti”nin müxalif “Ardarutyun” (Ədalət) fraksiyasının “deputat”ı Davit Qalstyan bu barədə söyləyib ki, söhbət Minsk Qrupundan yox, Minsk Qrupu-2 olmağa çalışacaq oxşar formatdan gedir.

D. Qalstyan başqa detalları bilmədiyini qeyd edib. O, aydınlaşdırıb ki, A. Arutyunanın qapalı görüş zamanı açıqladığı məlumat, ancaq Rusiya, ABŞ və Avropa Parlamentinin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşdən ibarətdir.

Erməni müxalifin sözlərinə görə, “Artsax problemi” Rusiya və ABŞ-ın danışıqlar masasına qayıtması üçün platforma ola bilər.

Xatırladaq ki, Azərbaycanın qanunsuz malların keçirilməsinə görə Laçın yolunu bağlamasından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər guya blokadada qaldıqlarını və bölgədə humanitar fəlakətin baş verdiyini bildirirlər. Rəsmi Bakının Qarabağ ermənilərinə humanitar yardım üçün təklif etdiyi Bərdə-Ağdam-Əsgəran-Xankəndi marşrutu isə separatçı rejim təmsilçiləri tərəfindən qəbul edilməyib. Hətta bu yaxınlarda onlar bölgənin Azərbaycana inteqrasiya olmasının qarşısı almaq üçün Ağdam-Əsgəran yolunu beton bloklarla bağlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!