Aralıq dənizində NATO-nun təlimi başladı

saytların hazırlanması

Evə çatdırılma

Aralıq dənizində NATO-nun təlimi başladı

Dünya

26 Fevral 2024 11:27 561


Fevralın 26-da Aralıq dənizində, Siciliya sahillərində NATO-nun "Dynamic Manta" adlı dəniz təlimləri başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə NATO-nun Dəniz Komandanlığı məlumat yayıb.

İllik dəniz təlimlərində Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dan olan hərbi qulluqçular və gəmilər iştirak edir. pizza hut

Təlimlərdə yeddi sualtı qayıq, bir neçə suüstü gəmi, eləcə də NATO üzvü olan ölkələrin təyyarələri iştirak edir.

Əsas diqqət sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlib.

"Dynamic Manta" həm də Alyansın böhrana cavab imkanlarını sınamaq və gücləndirmək üçün platformadır. Kontr-admiral Pasquale Espositonun taktiki rəhbərliyi altında keçirilən təlim NATO-nun öz üzvlərini istənilən təhlükədən müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!